30 dekabr 2023 at 19:19
Jurnalist kodu: 5487
Xəbər kodu: 85338321
T T
0 Persons

Tags

Şərqi Azərbaycanın Avrasiya ölkələrinə ixracında 46 faiz artım

30 dekabr 2023 at 19:19
Xəbər kodu: 85338321
Şərqi Azərbaycanın Avrasiya ölkələrinə ixracında 46 faiz artım

Təbriz - İRNA - Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət İdarəsinin Baş direktoru deyib: “Vilayətin gömrüyündən bu ilin 8 ayında Avrasiya ölkələrinə ixracın məbləği dəyər baxımından 183 milyon dollar, çəki baxımından isə 737 min ton olub. Bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 46 faiz, çəki baxımından isə 82 faiz artıb.”

İRNA-nın şənbə günü Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinə istinadən verdiyi məlumata görə, Məhəmməd Cəfər Üzmayi şənbə günü bu xəbəri açıqlayaraq deyib: “Ölkəmizlə Avrasiya İqtisadi İttifaqının üzv ölkələri arasında ticarət əməkdaşlığına dair anlaşma memorandumunun imzalanması bu regiona qeyri-neft ixracının əhəmiyyətli dərəcədə artması ilə nəticələnəcək.”

Şərqi Azərbaycan vilayətini Avrasiya ölkələrinə açılan qapı adlandıran Üzmayi əlavə edib: “Avrasiya ölkələrindəki ticarət bazarları vilayətin xarici ticarəti üçün böyük imtiyazdır, ona görə də bu imkanlardan səmərəli istifadə edilməlidir.”

O, qeyd edib ki, ticarət əlaqələrinin yüksəldilməsi məqsədilə Avrasiya ölkələri ilə ticarət dövriyyəsinin əvvəlki illərlə müqayisədə daha çox artırılması üçün zəruri tədbirlər həyata keçirilir.

Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət İdarəsinin Baş direktoru açıqlamasının davamında deyib: “Bu il Şərqi Azərbaycandan Avrasiya ölkələrinə 812 adda mal ixrac edilib, halbuki ötən il bu rəqəm 738 adda məhsul olub.”

“Vilayətdən Avrasiyaya ixrac 204% artımla Rusiya, 31% artımla Ermənistan və 6% artımla Qazaxıstan ölkələri olub” - deyə, o, bildirib.

Ermənistanın Şərqi Azərbaycan vilayəti ilə quru sərhədinə görə əsas ixrac istiqamətlərindən biri olduğunu vurğulayan Üzmayi deyib: “Ermənistanla quru sərhədinin olmasının üstünlüyü ilə yanaşı, bu yolla Rusiya bazarlarına ciddi giriş növbəti ildə ixracın əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.”

Onun sözlərinə görə, Avrasiya ölkələri ilə ticarətdə mübadilə edilən əmtəə qruplarına neft-kimya və neft məhsulları, sənaye, xalça və sənətkarlıq, kənd təsərrüfatı, mədən və mineral sənaye daxildir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .